Tayvanda qasırğa iki nəfərin ölümünə səbəb oldu - 300-dən çox yaralı ...

11:23 - 7 İyul 2025 - DÜNYA

Tayvanın cənub-qərbində "Danas" qasırğası nəticəsində 2 nəfər ölüb, 334 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi (CNA) yerli Fəlakət İdarəetmə Mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

İyulun 6-dan 7-nə keçən gecə 60 və 69 yaşlı iki kişinin dünyasını dəyişdiyi bildirilir. Birincinin ölümünə səbəb elektrik kəsilməsi nəticəsində tibbi avadanlığın sıradan çıxması, ikincinin üzərinə ağac aşması nəticəsində həlak olub.

Adanın Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, 496 min ev təsərrüfatında elektrik enerjisi kəsilib.
İyulun 7-də səhər saatlarına olan məlumata görə, 388 min ev hələ də işıqsız qalıb. Təbii fəlakət infrastruktura ciddi ziyan vurub, su basıb, ağaclar aşıb. Ümumilikdə 3483 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Xəbər xətti