Asim Xudiyev UEFA-dan yeni təyinat aldı

17:54 - 7 İyul 2025 - İDMAN

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda "Dila" və Lüksemburqun "Rasinq" komandaları arasında keçiriləcək cavab oyununa təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, A.Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən "Tengiz Burjanadze" stadionunda oynanılacaq.

Xəbər xətti