Çin səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

13:33 - 8 İyul 2025 - DÜNYA

Avropa İttifaqının (Aİ) Aspides dəniz missiyası zamanı Çin ordusunun Qırmızı dənizdə alman təyyarəsini lazerlə hədəf alması səbəbindən Almaniya Çin səfirini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi iyulun 8-də X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Çin hərbçilərinin əməliyyat çərçivəsində alman təyyarəsini vurmaq üçün lazer qurğusundan istifadə etdiyi vurğulanır.

"Alman personalını təhlükə altına atmaq və onların yerləşdirilməsinə müdaxilə etmək tamamilə qəbuledilməzdir. Çin səfiri bu gün çağırılıb", - bəyanatda deyilir.

Xəbər xətti