Salyanda 3 yaşlı qız sirkə turşusundan zəhərlənib

17:01 - 7 İyul 2025 - ÖLKƏ İÇİ

Salyanda azyaşlı sirkə turşusundan zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini 3 yaşlı N. Qurbanova yaşadığı evdə nəzarətsiz qaldığı üçün sirkə turşusu içib. Azyaşlı qız zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Xəbər xətti