Ronaldonun bacısı tənqidlərə cavab verdi

22:53 - 6 İyul 2025 - Cəmiyyət

Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun bacısı Katia Aveiro qardaşının "Liverpul"un vəfat etmiş futbolçusu Dioqo Jotanın dəfn mərasimində iştirak etməməsi ilə bağlı tənqidlərə cavab verib.

Ucnoqta.az xəbər verir ki, onun mesajı İnstaqramda yayılıb.

"Telekanalların və sosial şəbəkələrin şikəst bir ailənin acısına hörmətlə yanaşmaq əvəzinə, Ronaldonun yoxluğunu necə vurğuladığını izləmək çox utancvericidir" - Aveiro qqeyd edib.

A Bola daha əvvəl Ronaldonun mediada ajiotaj yaratmaq istəmədiyi üçün Jotanın dəfnində iştirak etmədiyini bildirmişdi. Futbolçu və Jotanın yaxınları onun varlığının narahatçılıq yaradacağına qərar veriblər.

Jotanın dəfn mərasimi iyulun 5-də Portuqaliyada olub. Mərasimdə "Liverpul"un və Portuqaliya millisinin futbolçuları iştirak ediblər.

Xəbər xətti