Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezident Administrasiyası üçün yeni bina tikiləcək</b></font>

13:44 - 25 Aprel 2018 tarixində dərc olunub.
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.   Ucnoqta.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.   Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.   Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.   Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.
Müəllif: