ARB tv-nin efirində gərgin anlar yaşanıb. Ucnoqta.az A24.az-a istinadən xəbər verir ki, rəqqasə Renkanın xareoqrafiya üçün gətirtdiyi ilan müğənni Sevda Sanəliyevanı qorxudub.
O efiri tərk edib. Əl ayağı əsən müğənnini çəkiliş meydanına dəvət etsələr də gətirmək bir o qədər də asan olmayıb. Arxa fonda yenə də pis anlar yaşayan müğənninin ilan fobiyası olduğu üzə çıxıb.
Daha sonra isə ilan rəqqasənin özünə də gərginləşdirib. Belə ki, Renkanın boğazına dolanan ilan rəqqasəyə çətin anlar yaşadıb. Kömək istəyən Renkaya elə oradakılar yardım etməyə çalışıblar.
Qeyd edək ki, həmin ərəfədə verilişin efiri davam edirdi. Bu anlar isə kameralara olduğu kimi əks olunub.