Aktyor İslam Mehrəliyev 10 il bundan əvvəl “Zarafatsız” proqramında yayımlanan sujetinə görə tənqid edilib. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, İslamın Leriklə bağlı dediyi sözlər lerikliləri qəzəbləndirib.
Görüntü sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb olub.
Mehrəliyev “5/5” verilişinə gələrək leriklilərdən üzr istəyib:
“Azərbaycanın aktyoruyam, Lerik də ölkəmizin bir parçasıdır. Bizim operatorumuz, ssenaristimiz Lerikdəndir. Nə bilim ki, 10 ildən sonra bu, mənim başımda partlayacaq. Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər məni pis başa düşmüsünüzsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. “Qələt elə” səhv deməkdir, lap qələt eləmişəm. Öz sənətimizin içində olan insanlar gözügötürməməzlikdən bunu ortaya atıblar”.