İnsanlar isə onun bu addımını alqışlayıblar
Altmış dörd nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev diz çökərək üzr istəyib. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib.
“Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.
Qeyd edək ki, ölənlərdən 41-i uşaqdır.