Bakıda maskalı şəxslər evə basqın edib

13:34 - 24 Mart 2018 - HADİSƏ

Bakıda evə maskalı basqın olub. Ucnoqta.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti