Əməkdar artist Firuzə İbadova "Boş anlar" verilişinin qonağı olub.
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni həyat yoldaşından danışıb. O bildirib ki, həyat yoldaşı ona heç vaxt hədiyyə almayıb:
"Yoldaşım mənə heç vaxt 8 martda hədiyyə almayıb. Təbrik də etməyib. Rəfiqəm bir dəfə uşağım balaca olanda 2 dənə şamdan aldı. Ümumiyyətlə, nə yoldaşım, nə də ətrafımda kimsə mənə hədiyyə vermir".