Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Könül Həkimi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.