O ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib
Sabirabadda 3 yaşlı oğlan boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 2015-ci il təvəllüdlü İsgəndərli Cahid Nahid oğlu ayaqyolunun quyusuna düşüb. Azyaşlı uşaq boğulma (asfiksiya) diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.