Metroda telefon oğrusu saxlanıldı

11:33 - 15 Mart 2018 - HADİSƏ

Şirvan şəhər sakini Valeh Nəcəfov əvvəllər məhkum olunub

Metronun “28 May” stansiyasında Lerik rayon sakini F.Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Nəcəfov saxlanılıb. Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, V.Nəcəfov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Şirvan şəhər sakini Valeh Nəcəfov əvvəllər məhkum olunub.

Xəbər xətti