Bakıda intihar: 61 yaşlı kişi özünü öldürüb

10:37 - 15 Mart 2018 - HADİSƏ

1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib

Bakıda intihar olub. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1957-ci il təvəllüdlü Pircan Nurməmməd oğlu Həsənov sirkə turşusu içərək intihar edib. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan P. Həsənovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Xəbər xətti