Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
A.Əhmədova bildiririb ki, Mingəçevirdəki xəstələrdən 4 nəfərin vəziyyəti stabildir, 1 nəfərin vəziyyəti ağır stabil olaraq qalır.
Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb.