Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Zeynəb Abbas qızı Hüseynəliyeva yaşadığı mənzilin hamam otağında dəm qazından boğularaq ölüb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırmalar Xəzər rayon prokurorluğunda aparılır.