Qazaxda göldə batan daha bir balıqçının meyiti tapılıb.
"Ucnoqta.az"-ın APA-ya istinadən məlumatına görə, gün ərzində aparılan axtarışlar nəticəsində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun meyiti aşkarlanıb.
Qeyd edək ki, bu gün xilasedicilər sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyitini tapıblar.
**
Fövqəladə Hallar Nazirliyi Qazaxda baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb. 10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün etdirilib. Axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam edir. Əlavə məlumat veriləcək.
***
Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batması barədə məlumat daxil olub. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.