Qəzaya düşən şagirdlərdən 5-i xəstəxanadadır - 1 qızın vəziyyəti ağırdır - RƏSMİ

11:03 - 12 Mart 2018 - HADİSƏ

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlərin müalicəsi davam etdirilir.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat evrib.
 

A.Əhmədova deyib ki, martın 11-də Yevlax xəstəxanasında 15 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb:
 

“5 nəfər isə Mingəçevir xəstəxanasındadır. Onlardan 4 nəfərinin vəziyyəti stabildir. Bir nəfərin vəziyyəti isə ağır-stabil olaraq qalır. Çünki açıq beyin əməliyyatı keçirib”.
 

Qurum rəsmisi vəziyyəti ağır olan şagirdin adını açıqlamasa da, qız olduğunu bildirib.
 

Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. 

Xəbər xətti