İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12:14 - 9 Mart 2018 - HADİSƏ

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun üzərində şəxsi yoxlama aparılıb.

DGK-nin mətbuat xidmətindən "Ucnoqta.az"a  verilən məlumata görə, şəxsi yoxlama zamanı tibbi müayinədən keçirilmə zərurəti yarandığından vətəndaş gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstaxanasına aparılıb. Tibbi müayinə zamanı vətəndaşın daxili orqanı-düz bağırsağından 3 ədəd bağlamada olmaqla, ümumu xalis çəkisi 173,265 qram təşkil edən narkotik vasitə-heroin, xalis çəkisi 20,62 qram təşkil edən narkotik vasitə tiryək və ümumi xalis çəkisi 24,25 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti