"Polojeniya Anar"a AĞIR CƏZA tələbi

11:16 - 9 Mart 2018 - HADİSƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ayamalı Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Növbəti proses martın 16-da təyin edilib.
 
İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.
 
A.Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb.
 
A.Məhərrəmov kriminal aləmdə əsasən də Sumqayıtda  "Polojeniya Anar" kimi tanınıb.

Xəbər xətti