Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Respublika Narkoloji Mərkəzin sabiq baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın hökmündən prokurorluğun verdiyi protestə baxılıb.
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti təmin edilib. Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi(şərti) hökmdən xaric edilib.
Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib. Ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Mətanət Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilmişdi.
Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılmışdı.