Aysel Lissabonda keçiriləcək Avroviziya mahnı müsabiqəsində “X my heart” mahnısı ılə çıxış edəcək. Klip “Youtube”da yayımlanıb.
Qeyd edək ki, mahnı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəllif illərdə Avroviziya mahnı müsabiqəsində qalib olublar. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib olublar. Kontopulos 2017-ci ildə Belçika təmsilçisinin mahnısının müəllifi olmuşdur. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.