Göygöl rayonunda “VAZ 2107” markalı avtomobillə iki piyadanı vuran sürücü polisə təslim olub.
"Ucnoqta.az" “Ölkə.Az”a Göygöl rayon Polis Şöbəsindən verilən məlumata istinadən bildirir ki, bu gün rayonun Yeni Qızılca kəndində iki məktəbli- 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlunu vuraraq avtomobillə hadisə yerindən uzaqlaşan rayon sakini, 23 yaşlı Etibar Abdullayev qəza törətdiyi avtomobillə Göygöl rayon Polis Şöbəsində gəlib. İlkin dindirmələr zamanı o, hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdiirlib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.