Rəisin qohumunu istəyən gənc oğlanı ölümcül döydü -FOTOLAR

12:25 - 7 Mart 2018 - HADİSƏ

Cəlilabad rayonunda yüksək vəzifəli məmurun qohumunu istəyən gənc oğlan həmin dövlət məmuru və polis kapitanı  tərəfindən ölümcül döyülüb.

 

Ucnoqta.az” Bizim Yol-a istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Dəyanət Babayev adlı vətəndaş məlumat verib və o döyülən gəncin şəkillərini paylaşıb. Belə ki vətandaşın yazdığına görə Yusif Quliyev adlı gənc oğlan Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırovun qardaşı qızını və Cəlilabad rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin rəisi Polkovnik-Leytenant Şahin Cəfərovun qohumu olan qızı sevdiyi üçün həmin şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Gənc oğlanın həmin məmurlar tərəfindən döyülməsinə səbəb isə oğlanə öz ailələrinə yaraşdırmamaları qeyd edilib.Faktla bağlı Cəlilabad Rayon Prokrorluğunda cinayət işi açılıb.

 

Facebook sosial şəbəkəsində Dəyanət Babayev adlı vətəndaşın paylaşımını olduğu kimi təqdim edirik:

 

"Bu gəncin adi Quliyev Yusifdir 21 yaşı var. Cəlilabad rayonundandır. Onu bu hala Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov və Cəlilabad Fövqalada Hallarin Yanğından Mühafizə İdarəsinin rəisi Polkovnik-Leytinant Şahin Cəfərov vəhşicəsinə döyərək bu hala salıb xəstəxanalıq ediblər. Hadisə bir neçə gün öncə olub və rayon prokurorluğu faktla bağlı cinayət işi başladıb amma həbs olunan yoxdur həmin şəxslər heçnə olmamış kimi öz vəzifələrində işləyirlər. Yusifi döymələrinin səbəbi isə polis kapitanin qardaşi qizin sevməsi olub polis kapitani və qohmu FHN rəyisi Döyərkən bildiriblər ki, sən kimsən bizim qardaşımızın qızını sevirsən? Ona Elçi göndərirsən? Dəhşətdir, sözün bitdiyi yerdir, bu şikayətçi ilə telefonda danışanda şoka düşdüm, deməyə söz tapa bilmədim sözün bitdiyi yerdir. Yusif media və vətəndaş cəmiyyəti bu məsələni paylaşıb ictimailəşdirib və Günahkarlarin tezliklə öz layiqli cəzasını alinmasi üçün ona kömək etməynizi xahiş edir!".

 


Xəbər xətti