Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.
Xatırladaq ki, martın 2-də Siruz Nəsirov yaşadığı evdən çıxmış və geri qayıtmayıb.
Martın 5-də S.Nəsirovun üzərində zorakılıq əlamətləri olan meyiti Ləkin kəndinin otlaq sahəsində çobanlar tərəfindən tapılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.