Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev və Zöhrab Şirinovun məhkəməsi keçirilib.
"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən bildirir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Ş.Əkbərov vəsatət verərək Arif Alışanovun məhkəməyə gəlməsini tələb edib. O bildirib ki, Alışanov bugünkü iclasda iştirak etmədiyi üçün proses təxirə salınsın və A.Alışanovun gətirilməsj üçün tədbir görülsün.
Ş.Əkbərov bildirib ki, məhkəməyə məktub göndərək hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya etirazını da bildirib.
Ə.Hacıyev bildirib ki, məhkəməyə belə bir məktub daxil olmayıb.
Məhkəmənin qərarı ilə A.Alışanovun gətirilməsi barədə vəsatət təmin edilməyib. Qeyd edilib ki, məhkəmə gedişatında zərurət yaranarsa, onun prosesdə iştirakı təmin ediləcək.
Məhkəmənin qərar ilə A.Alışanovun gətirilməsi barədə vəsatət təmin edilməyib. Qeyd edilib ki, məhkəmə gedişatında zərurət yaranarsa, Arif Alışanovun prosesdə iştirakı təmin ediləcək.
İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar.
Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.
Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib. Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib.
Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
Daha öncə dəstədən ayrılan Musabi Namazov sui-qəsd planı barədə polisə məlumat verib və keçirilən əməliyyatla Ş.Əkbərov, Q.Cəbiyev, M.Namazov, A.Hüseynov və Z.Şirinov saxlanılıb. M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs qərarı verilib.