Xəzər dənizində zəlzələ baş verib.
"Ucnoqta.az" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata istinadən bildirir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 12:16-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.2, dərinliyi 24 km olub.