“Yanğın bizim elektrik naqillərindən yaranmayıb” — “Azərişıq” ASC rəsmisi

15:46 - 2 Mart 2018 - HADİSƏ

“Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) heç bir məsuliyyət daşımır”.

"Ucnoqta.az" xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. T.Mustafayev deyib ki, Respublika Narkoloji Mərkəzində çıxan yanğın hadisəsi “Azərişıq” ASC-yə məxsus elektrik naqillərindən yaranmayıb:
 

 “Yanğın hadisəsi Respublika Narkoloji Mərkəzinin binasının daxilində baş verib. Yanğının bizim elektrik xəttləri ilə heç bir əlaqəsi yoxdur. Buna görə də “Azərişıq” ASC heç bir məsuliyyət daşımır”. 

Xəbər xətti