Məşhur qəzetin baş redaktoru həlak oldu

15:18 - 2 Mart 2018 - HADİSƏ

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
 

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
 

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Xəbər xətti