AzTV sədrinə sui-qəsd hazırlayanların məhkəməsi

12:09 - 2 Mart 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə cinayət işinin məhkəməyə verilməsi ilə bağlı məsələyə baxılıb.
Məhkəmə Kollegiyası müşavirədən qayıtdıqdan sonra qərarı elan edib. Qərara əsasən, işin ibtidai istintaqa qaytarılması ilə bağlı verilən vəsatətlər təmin edilməyib və iş məhkəmə baxışına verilib.
 

Məhkəmə baxışı martın 7-nə təyin edilib.
 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Xəbər xətti