Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın baş verib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər yanaraq həlak olub, 4 nəfər xəsarət alıb. Digər şəxslər təxliyə edilib.
Respublika Narkoloji Mərkəzdə baş verən yanğının səbəbləri məlum olmağa başlayıb.
“Ölkə.Az”a verilən xəbərə görə, yanğın baş verən bina taxtadan olub, pəncərələr isə dəmir barmaqlıqlarla çərçivələnib. Axşam həkimlər 2-ci korpusun qapısını arxadan bağlayaraq gediblər. Elə bu səbəbdən də kütləvi ölüm halı baş verib. Onu da qeyd edək ki, 2-ci korpusda həm narkomanlar, alkoqolizimdən müalicə alan xəstələr olub.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.