Narkoloji Mərkəzdə yanğın zamanı zəhərlənmiş şəxslərin adları açıqlanıb

10:40 - 2 Mart 2018 - HADİSƏ

"Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib".

"Ucnoqta.az" xəbər verir ki, bunu "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoliqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov , 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olub: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların hər 3-də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb". 

Xəbər xətti