Nazirlər yanğın baş verən mərkəzə gəldi

10:16 - 2 Mart 2018 - HADİSƏ

Xətai rayonu ərazisində baş verən yanğınla bağlı ölkənin güc strukturlarının rəhbərləri hadisə yerinə gəlib.

 

Ucnoqta.az xəbər verir ki, nazir Kəmaləddin Heydərov başda olmaqla FHN rəhbərliyi, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş prokurorun 1-ci müavini Rüstəm Usubov , Daxili işlər naziri Ramil Usubov da hadisə yerinə gəlib.Baş nazirin müavinləri də hadisə yerindədir.Bir az əvvəl səhiyyə nazirliyinin rəhbərliyi də hadisə yerinə gəlib.
Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib, hadisə nəticəsində 30-a yaxın şəxsin həlak olduğu bildirilir.

Xəbər xətti