“Şirvan şəhərində həbs olunan Azər Məmmədov nazir Yavər Camalovun dayısı oğlu deyil”.
"Ucnoqta.az" xəbər verir ki, bu haqda “Qafqazinfo”ya nazirin ailə üzvlərindən olan Şahin Əliyev açıqlama verib. O, bildirib ki, adam güllələmək ittihamı ilə polis tərəfindən həbs olunan A. Məmmədovun Camalovlar ailəsi ilə yaxın qohumluğu yoxdur: “Sadəcə eyni kənddənik və rayon yerlərində də hamı uzaqdan olsa da bir-biri ilə qohumdur”.
Qeyd edək ki, DİN-in xəbərinə görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyev güllələnib. Polisin keçirdiyi əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar.
Mediada yayılan məlumatda bildirilirdi ki, saxlanılan Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur