Avropa çempionumuz azadlığa çıxdı - Məhkəmədən

11:18 - 28 Fevral 2018 - HADİSƏ

Tanışını bıçaqlamaqda təqsirləndirilən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə davam edib. 
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Avropa çempionu son sözlə çıxış edib. O, bildirib ki, əməlindən peşmandır: "Mən vətənimin bayrağını hər zaman zirvələrdə tutmuşam. Aprel döyüşlərində sücaətlə döyüşmüşəm. Həmin döyüşlər zamanı baş kəşfiyyatçı olmuşam. Bunlara nəzərə almağınızı istəyirəm". 
 
 
Prosesdə hökm oxunub.
 
 
Hakimlər kollegiyasının hökmünə əsasən Tuncay Vəzirzadə 3 il azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb. 
 
 
Qeyd edək ki, T. Vəzirzadə ötən il oktyabrın 7-də Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb.
Xəstəxanaya çatdırılan R. Həziyevi xilas etmək mümkün olub.
 
Hadisəyə səbəb R. Həziyevin Tuncay Vəzirzadənin qardaşı ilə dalaşması olub. Buna müdaxilə edən Tuncay Vəzirzadə R. Həziyevi bıçaqlayıb.
 
 
Tuncay  2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvüdur.

Xəbər xətti