17 yaşlı Rəhim məhkəməyə gətirilmədi

15:28 - 27 Fevral 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilməli idi. 
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə bugünkü iclas saat 15:30-a təyin edilib. 
 

R.Rəhimov isə məhkəməyə gətirilməyib. 1 saylı Bakı İstintaq Təcridxanası məktub göndərərək onun xəstə olduğunu və buna görə də buraxılmadığı qeyd edilib. 

Xəbər xətti