Külli miqdara tiryəki satmaq istəyən şəxs saxlanıldı — FOTO

11:40 - 27 Fevral 2018 - HADİSƏ

Daxili işlər orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Cəlilabad rayon sakini Rəşad Abışov şübhəli şəxs qismində saxlanılıb.
 

"Ucnoqta.az" DİN-in mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, şöbədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 10 kiloqram 710 qram narkotik vasitə olan tiryək aşkar edilib.
 

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Abışov ifadəsində tiryəki satmaq məqsədi ilə əldə etdiyini bildirib.
 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər xətti