Xətai rayonunda zəncirvari qəza — Xəsarət alan var

10:22 - 27 Fevral 2018 - HADİSƏ

Ötən gün axşam radələrində Xətai rayonu, “Bakı” kinoteatrı, Sarayevo küçəsi 32-nin qarşısında 4 avtomaşının bi-birinə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, “Opel” markalı avtomobil idarəetməni itirərək “Mercedes” markalı avtomobilə dəyib, həmin avtomobil isə hərəkətdə olan digər “Mercedes” markalı avtomobillə toqquşub. Bu zaman sonuncu “Mercedes” piyada, 2002-ci il təvəllüdlü Xanışova Fatma Rauf qızını vurub. 
 

Qeyd edək ki, “Opel” markalı avtomobil “Mercedes”lə toqquşduqdan sonra “Land Rover” markalı avtomobillə toqquşub. 
 

Qəza zamanı xəsarət alan 16 yaşlı qız yaxınlıqda yerləşən özəl klinikalardan birinə yerləşdirilib, vəziyyəti normaldır. Avtomobil sürücülərindən isə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Xətai RPİ-nin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Faktla bağlı İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.1-ci ( nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Sürücülərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib.

Xəbər xətti