Suriya və İrqada döyüşən azərbaycanlıların məhkəməsi başladı

15:56 - 26 Fevral 2018 - HADİSƏ

Suriya və İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
 

Məhkəmə baxışı martın 6-a təyin edilib. 
 

İttihama görə, hər iki təqsirləndirilən şəxs 2017-ci il oktyabrın 27-də saxlanılıb. Onlar radikal-dini ekstremist cinayətkar birliyin üzvü, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etməkdə təqsirli bilinirlər.

Xəbər xətti