Üç nəfərin ölümündə təqsirli bilinən sürücülərə hökm oxundu

13:54 - 26 Fevral 2018 - HADİSƏ

Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vüsal Abdullayev və Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
 

Vüsal Abdullayev 10 il, Rəşad Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
 

Nəticədə Rəşad Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova və daha iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
 

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmalardan sonra hər iki sürücü barəsində cinayət işi başlanıb.

Xəbər xətti