Tovuz rayonunda ər-arvadın ölümünə səbəb olan yanğınla bağlı rəsmi məlumat yayılıb.
"Ucnoqta.az" FHN-nin Tovuz rayon Yanğından Mühafizə Hissəsindən “Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, fevralın 24-də səhər saat 9 radələrində rayon mərkəzindəki Mərdən Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, carpayı və divandan başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Araşdırma zamanı ev sahibinin yanaraq, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşəd qızı Mirzəyvanın isə tüstüdən boğularaq öldüyü məlum olub.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb.
“Ölkə.Az"ın məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.
Yanğın nəticəsində onların övladları da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.