Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.
"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.