Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanılıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis qadını çantasında bir neçə ədəd patron aşkarladıqdan sonra saxlayıb.
Qadının sözlərinə görə, çanta İsrail Müdafiə Nazirliyində xidmət edən qızına məxsusdur və içərisində patron olmasından xəbəri olmayıb. Məsələni həll etmək üçün İsrailin Bakıdakı konsulu Lilax Atias aeroporta gəlib.
Lakin Azərbaycan hökuməti qadının istintaq başa çatana kimi saxlanılmasında israr edib.
Bakıya həyat yoldaşı ilə gələn qadının əri bildirib ki, məhkəməyə qədər onu saxlamaq niyyətindədirlər: “Konsul da gəlmişdi, lakin onlar buraxmaqdan imtina edirlər”.
İsrail XİN-i isə öz vətəndaşlarını xaricə səfər etməzdən əvvəl çamadanlarını diqqətli yoxlamağa çağırıb.