Şəmkirdə gediş haqqına görə taksi sürücüsü öldürüldü

11:58 - 23 Fevral 2018 - HADİSƏ

Şəmkirdə sərnişin taksi sürücüsünü qətlə yetirib. 
 

Fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirib. 
 

İrmaşlı kəndinin ərazisində A.Yusifov ilə A.İsgəndərov arasında gediş haqqının ödənilməsi ilə əlaqədar münaqişə baş verib və sonuncu A.Yusifova kəsici alətlə çoxsaylı xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yusifov orada ölüb. 
 

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov saxlanılıb. 








//Qafqazinfo//

Xəbər xətti