Bakıda1 yaşında uşaq toxumaq üçün istifadə olunan milin üstünə yıxılıb və nəticədə daxili qanaxma başlayıb.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a danışan Op.Dr. Fuad Hüseynov hadisədən dərhal sonra ailənin həkimə müraciət etdiyini deyib:
“Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük . Mili çıxartdıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq”.
Həkimin sözlərinə görə, dəcəl bala 2 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.