Çempionu öldürən şəxsə həbs cəzası verildi

10:28 - 23 Fevral 2018 - HADİSƏ

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Əlifağa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 
 

Qərara görə, Əlifağa Məmmədovun cəzasının yüngülləşdiriıməsi barədə verdiyi apellyasiya şikayəti təmin edilməyib. 
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

İttihama görə, ötən il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, "90 XU 928" dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
 

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Xəbər xətti