2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliyi” Təşkilatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın daha 9 üzvü məhkəmə qərarından kasasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.
Buna səbəb mütəşəkkil dəstənin daha üç üzvünün Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət etməsi olub.
Hakim Şahin Yusifov icraatında olan işi qeyri müəyyən vaxtadək təxirə salıb.
Məlumata görə, Taleh Bağırovun təşkilatının üzvləri – Abbas Hüseynov, Zakir Mustafayev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev, Ramin Yarıyev və Aqil Quliyev Bakı Apellyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər.
Bildirilib ki, təşkilatın digər üzvləri – Cabbar Cabbarov, Rasim Cəbrayılov, Şamil Abduləliyev, Cahid Babakişizadə, Bəhruz Quliyev və Abbas Tağıyev isə kasasiya şikayətləri məhkəməyə daxil olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.
Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və onlarla birlikdə ittiham olunan digər şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.
//Ölkə.Az//