İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı

10:55 - 22 Fevral 2018 - HADİSƏ

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
 
"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət "metadon" adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, "metadon" adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti