Sabiq nazirin axtarışda olan qohumuna HÖKM OXUNDU

13:57 - 21 Fevral 2018 - HADİSƏ

Sabiq nazir Fərhad Əliyevin dələduzluqda təqsirləndirilən yaxın qohumu Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə V.Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, V.Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumudur. O, Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. V.Əliyev uzun müddət axtarışda olub və ötən il həbs edilib.
 
 
V. Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Xəbər xətti